Xəbər lenti
Seçkiləri saxtalaşdıranları nə gözləyir? – Həbs, cərimə…
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər.
Manevr.az xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək.
Bundan başqa, səsvermə prosesi zamanı qanun pozuntularına, saxtakarlığa yol verənlərin də cəzalandırılması gündəmə gəlib. Təsadüfi deyil ki, MSK sədri Məzahir Pənahov seçki məntəqələrdə saxtakarlıq faktlarını qeydə alan jurnalistlərə, bloggerlərə təşəkkür edib. Bu faktlar saxtakarlığa yol verənlərin cəzalandırılması üçün əsas sübutlardır.
Azərbaycanın Cinayət Məcəlləsində seçki cinayətləri ilə bağlı 3 maddə var: 159, 160 və 161-ci maddələr.
159-cu maddədə seçki hüquqlarının həyata keçirilməsinə mane olmağa görə cəzalar nəzərdə tutulur. Cəzalar əsasən cərimələrdən, islah işlərindən ibarətdir. Lakin ağırlaşdırıcı hallarda təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası da verilə bilər.
160-cı maddə seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərməyə görə cəzalar nəzərdə tutulur. Bu maddə ilə ittiham olunan şəxs cərimələnə, ictimai işlərə cəlb oluna, ağırlaşdırıcı hallarda isə azadlıqdan məhrum edilə bilər.
161-ci maddədə seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma cinayətinə görə məsulliyyət nəzərdə tutulur. Cəzalar cərimə və islah işlərindən ibarətdir. /yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar