Xəbər lenti
Azərbaycanda 18 min 208 manat pensiya alan var - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib.
Manevr.az "report"a istinadla xəbər verir ki, müşavir bildirib ki, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:
Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.
Pensiyaçıların sayı
1. Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i)
2. Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)
3. ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)
Pensiya məbləğləri:
1. Minimum pensiya məbləği - 200 manat
2. Orta pensiya məbləği - 300 manat
3. Maksimum pensya məbləği - 18 208 manat
Pensiya artımı üzrə indeksasiya:
1. 2017-ci il üzrə - 5.7% artım
2. 2018-ci il üzrə - 3% artım
3. 2019-cu il üzrə - 16.6% artım
Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16,6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar