Xəbər lenti
Prezident Kürdəmirdə - “ASAN xidmət” mərkəzinin açılışında

İcra başçısı rayonda görülən işlər barədə danışıb
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışı olub. Açılışda prezident də iştirak edib. Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.
Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub. Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.
Saat 14:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.
Dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
İ.Əliyev Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar