Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Əsədov Bakı və Abşeron icra hakimiyyətlərinin bu səlahiyyətini ləğv etdi

Tarix: 12-02-2020 13:31     Baxış: 4147 A- / A+
Əli Əsədov Bakı və Abşeron icra hakimiyyətlərinin bu səlahiyyətini ləğv etdi


Bakı şəhəri və Abşeron Rayon İcra hakimiyyətlərinin (İH) sürüşmə əraziləri ilə bağlı səlahiyyəti ləğv edilib.


Manevr.az
-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin “Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 5 mart tarixli qərara əsasən, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilir.

Qüvvədə olan qərara əsasən, torpaq sürüşməsi təhlükəsi olan həmin ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndis tədbirləri nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etməli idi.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanlarının bu sahədə səlahiyyəti tikintiyə icazə verən orqan (qurum) qismində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir. Başqa sözlə, torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndis tədbirləri nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təmin edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar