Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Akademikin və nazirin adı borc qalmaqalında hallanır

Tarix: 11-02-2020 16:18     Baxış: 3185 A- / A+
Akademikin və nazirin adı borc qalmaqalında hallanır

Ədliyyə naziri Fikrət Məmmədov və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin adından borc qalmaqalında istifadə edilir.

Manevr.az xəbər verir ki, bu barədə yenisabah.az-a Şəki sakinləri Nəsib Osmanov və Teyyub Cəbrayılov adlı vətəndaşlar bildirib.

“Biz ustayıq. 2015-ci ildə Şəki şəhərində hələ istifadəyə verilməmiş şadlıq sarayını təmir etmişik. İş icraçısı Nizami Mahmudov adlı şəxs olub. İş bitəndən sonra bizə 16 min 200 manat pul verilməli idi. Lakin Nizami Mahmudov həmin məbləği verməkdən imtina edir. Bildirir ki, guya işin sifarişçiləri pulu ödəməyib.

Ədliyyə naziri Fikrət Məmmədovla Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin adını hallandırır. Biz isə araşdırmışıq ki, bu məsələdə onların heç bir rolu yoxdur. Əksinə, onlar işçilərin pulunu artıqlaması ilə veriblər. Hətta Nizami Mahmudovdan hansısa işçiyə borclu qalıb-qalmadıqlarını da soruşublar. Nizami Mahmudov isə onlara bildirib ki, bütün işçilərin pulu verilib. Bunu mənə işi təhvil almağa gələn Azər adlı şəxs deyib”, - deyə Nəsib Osmanov bildirib.

Onun sözlərinə görə, Nizami Mahmudov Ədliyyə naziri və akademikin adından istifadə etməklə faktiki olaraq onları aldadıb. “Biz istəmirik ki, bu cür hörmətli adamların adına ləkə gəlsin. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik. Düşünürük ki, onlar məsələdən xəbər tutub müvafiq tədbirlər görəcəyik”, -deyə Nəsib Osmanov əlavə edib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmək niyyətindədirlər: “Biz fəhlə adamlarıq. Əziyyət çəkib iş görmüşük. İşimizdə də hər hansı problem yoxdur. Halal pulumuzu istəyirik. Bu gün mənim övladımın səhhətində problem var. Mən pul tapa bilmirəm ki, övladımı müalicə etdirim. Nizami Mahmudov isə bizim halal pulumuzu mənimsəyib kef eləyir. Mühasibin öz imzası ilə təsdiq edib ki, bizə 16 min manat borc qalıb. Biz bu məsləni belə qoymayacağıq. Prezidentə, Mehriban xanıma da müraciət edəcəyik”.

Manevr.az
Akademikin və nazirin adı borc qalmaqalında hallanır
Akademikin və nazirin adı borc qalmaqalında hallanır
Akademikin və nazirin adı borc qalmaqalında hallanır
Akademikin və nazirin adı borc qalmaqalında hallanır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar