Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz”dan dələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Tarix: 10-02-2020 17:52     Baxış: 3155 A- / A+
“Azəriqaz”dan dələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

“Azəriqaz” İB əhaliyə xəbərdarlıq edib.

“Azəriqaz” İB-dən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub:

“Belə ki, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək, özlərini “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan dörd mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar. Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək, başlarına gələnləri danışıblar.

Qazdan istifadə edən abonentlərin nəzərinə çatdırırıq ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur. Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir.

Bir daha bəyan edirik ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil. Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar