Xəbər lenti
“İnteraktiv Düşüncə” adlı bilik yarışının ilk mərhələsi icra olundu -ŞƏKİLLƏR
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan “İnteraktiv Düşüncə” bilik yarışının ilk mərhələsi yeniyetmələr arasında icra olunub.
Manevr.az xəbər verir ki, ilk öncə dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçı komandaları salamlamış, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Sumqayıtda aparılan yenidənqurma və abadlıq işlərindən, gənclər üçün yaradılan infrastrukturdan danışmışdır.
Daha sonra çıxış edən layihə rəhbəri Rüfət Bağırov bildirdi ki, layihənin məqsədi Azərbaycan tarixinin, milli-mənəvi dəyərlərinin gənclər arasında təbliği, intellektual, elmi fəaliyyətə həvəsləndirilmə, komanda ilə işləmə bacarığının inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkilidir. R.Bağırov həmçinin göstərilən dəstəyə görə aidiyyatı təşkilatlara minnətdarlığını bildirmişdir.
Bilik yarışında şəhərin peşə liseylərini təmsil edən 16-20 yaş arası yeniyetmə-gənclərdən ibarət 8 komanda olmaqla, ümumilikdə 48 iştirakçı öz bilik və bacarıqlarını sınamışdır. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışının sonunda I yerə 24 xalla “Xəmsə”, II yerə 21 xalla “Gənclər”, III yerə isə 19 xalla “Uğur” komandası layiq görülmüşdür. Qaliblərə kubok, medal, hədiyyə, iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, yarışın II mərhələsinin cari ilin 22 fevral tarixində keçirilməsi nəzərdə tutulub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar