Xəbər lenti
Aqil Məmmədovun seçicilərlə növbəti görüşü olub- ŞƏKİLLƏR
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını Gəncə şəhəri Qırmızı kənd ərazisində məkunlaşan məcburi köçkünlərlə davam etdirmişdir.
Əhalinin pərakəndə şəkildə məskunlaşmasına baxmayaraq sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kompaniyasına böyük həvəslə qatılmışdır. Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə şüarı ilə qoşulub. Yeni Azərbaycan Partiyasının ölkəmizdəki mövqeyindən və rolundan söz açan Aqil Məmmədov Partiyanın sədri ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyinki, regionda dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd etmişdir.Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb. O bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib millət vəkili seçilərsə kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub onları narahat edən problemlərin həllinə çalışacaqdır. Aqil Məmmədov hər bir seçicinin deputatı olacağını və hər an onların mənafeyini müdafiə edəcəynə əminliyini ifadə etmişdir. Görüşdə iştirak edən sakinlər çıxış edərək, Aqil Məmmədovun namizədlyini alqışlayaraq Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi olan Aqil Məmmədova səs verəcəklərinə söz verdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar