Xəbər lenti
Atalara 7 aylıq ödənişli dekret veriləcək
Finlandiyanın yeni höküməti ataların da uşaqları ilə daha çox vaxt keçirməsini təmin etmək məqsədilə hər iki valideynə bərabər müddətli dekret verilməsini nəzərdə tutan layihə hazırlayır.
Manevr.az “CNN Türk”ə istinadən xəbər verir ki, ödənişli dekret hər valideyn üçün 164 günə, toplamda da 14 aya qaldırılacaq.
Finlandiya bu dəyişikliklərlə gender bərabərləyini təşviq etmək istəyir.
Dünyanın ən gənc baş naziri olan Sanna Marin Finlandiyada gender bərabərliyini təmin etmək üçün hələ çox işlərin görülməli olduğunu deyib və ataların uşaqları ilə kiçik yaşlardan yetərincə vaxt keçirməməsindən şikayət edib.
Hazırda Finlandiyada dekret icazəsi 126 gündür. Atalar isə uşaqları iki yaşına çatanadək 66 gün icazədən istifadə edə bilər. Bundan başqa, valideynlər arasında paylaşılması mümkün 6 aylıq icazə də var.
Yeni layihəyə görə, hər valideynə 164 gün məzuniyyət veriləcək.
Nigahda olmayan analar isə hər iki valideynə verilən dekretin toplamı qədər icazədən istifadə edə biləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar