Xəbər lenti
Övladlığagötürmə ilə bağlı sistemin işə düşməsinin yubanma səbəbi məlum oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsi məsələsinə münasibət bildirib.
Manevr.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sistemin test rejimində istifadəsinin yoxlanılması prosesi yekunlaşıb:
“Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda DOST mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olacaq. Bununla da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək”.
Nazir qeyd edib ki, elektron alt sistem mərhələli şəkildə ilin sonuna qədər tam şəkildə istifadəyə veriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar