Xəbər lenti
“Miniatürlərlə Mədəni-tarixi abidələr baxış” adlı rəsm sərgi-müsabiqəsi keçirilib - ŞƏKİLLƏR
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, İsmayıllı rayon İcra Hakimiyyəti, Gənclərin Karyera və İnkişaf Mərkəzi və Rəsm Qalereyasının təşkilatı dəstəyi ilə 05 fevral 2020-ci il tarixində Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Miniatürlərlə Mədəni-tarixi abidələr baxış” adlı rəsm sərgi-müsabiqəsi keçirilmişdir.
Manevr.az xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri, İsmayıllı Gənclərinin Karyera və İnkişaf Mərkəzinin direktoru İsmayıl Faxtiyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərlə iş sahəsində reallaşdırılan dövlət proqramlarından, rayon rəhbərliyi tərəfindən gənclərin hətərəfli inkişafı, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində yaradılan şəraitdən danışmışdır. Qeyd olundu ki, Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olan layihənin əsas məqsədi xalqımızın çoxəsrlik irsini, milli-mədəni dəyərlərini gənc nəslə sevdirmək, bu sahədə bilik və bacarıqlarını artırmaq, Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi sənət incilərindən olan miniatür yaradıcılığını gənclərə aşılamaqdır. Bildirildi ki, miniatür sənətinin örgənilməsi istiqamətində görülən ən böyük iş I Vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO ilə 20 illik əməkdaşlıq Planına əsasən hazırlanmış “Miniatür sənətinin tədqiqi, təbliği və inkişafı Proqramı”nın qəbul edilməsidir.
İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru İkram İsmayılov çıxışında milli-mənəvi dəyərlərimizin, mədəni abidələrimizin xüsusən işğal altında olar sənət nümunələrimizin gənclər tərəfindən miniatür əsərlərə işlənilməsini, bacarıqlı gənclərin üzə çıxarılıması, dəstəklənməsini, dövlət tərəfindən gənc istedadlara dəstək göstərilməsini yüksək qiymətləndirmiş və iştirakçılara uğurlar arzulamışdır.
Sərgi-müsabiqədə rayonun müxtəlif sahələrini təmsil edən yeniyetmə və gənclərin əl işlərindən ibarət ümumilikdə 60 ədəd kətan lövhə üzərində işlənmiş rəsm əsərləri nümayiş olunmuşdur. İştirakçılar tərəfindən böyük maraqla qarşılanmış sərgidə nümayiş olunan rəsmlər ətrafında geniş fikir mübadiləsi aparılmış və sonda iştiralçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim edilmişdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar