Xəbər lenti
8 saatlıq iş rejiminə riayət etməyənləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
"8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 səpkidə işləyəcək".
Manevr.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq: "İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təklifləri hazırlayırıq. Təkliflər hökumətə veriləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırma və monitorinqin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xəbərdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrinin izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər".apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar