Xəbər lenti
Erməni əsirliyində olan qadından ŞOK AÇIQLAMALAR
Ermənilərin əlində 1.6 ay əsir olan qadının danışdıqları hər kəsi göz yaşına boğub.
Manevr.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən başına gələnlərdən danışıb.
O, Kəlbəcər şəhərinin Günəşli kəndindən olduğunu deyib: "Kəlbəcərin işğalı zamanı 8 ailə üzvümüzlə bir yerdə maşınla qaçırdıq. Biz yaralandıq. Ermənilər 6 nəfəri əsir götürdülər. Qardaşım şəhid oldu, 10 yaşlı bacım isə itkin düşdü. Bir il 6 ay ermənilər bizi əsir saxladı. Qardaşımla atamı Şuşada həbsxanada saxlayırdılar. Onlara dəhşətli işgəncələr verirdilər. Yaralı olduğumuza görə bizi xəstəxanada saxlayırdılar. Ermənilər bizi yaralayan zaman bacım uşaq olduğuna görə qorxurdu. Ermənilər bizi bir yerə toplayıb maşına mindirəndə elə bildik bacımızda yanımızdadır. Sonra gördük ki, o, yoxdur. Onu nə qədər axtarsaq da tapa bilmədik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar