Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər — Azərbaycanda

Tarix: 06-02-2020 11:12     Baxış: 4191 A- / A+
İctimai nəqliyyatda telefonla ödəniş mümkün ola bilər — Azərbaycanda

Son illər bir çox dövlətlərdə yeni texnologiyalar ictimai nəqliyyatda da tətbiq edilməyə başlayıb. Belarusun bir neçə şəhərində artıq ictimai nəqliyyat bütünlüklə QR kod sisteminə keçirilib. Şəhərlərdə ictimai nəqliyyatda gediş haqqı elektron pul kisəsi vasitəsi ilə ödənilir. Nəticədə isə üstünüzdə plastik kart gəzdirmək məcburiyyətində qalmırsınız. Avropa ərazisində müxtəlif şəhərlərə səyahət edəndə onlayn əldə etdiyiniz bileti çap etdirməyə ehtiyac qalmır. Gedəcəyiniz avtobusa yaxınlaşırsız, əlində xüsusi aparat olan biri Sizə yaxınlaşır və telefonda onlayn və "pdf" formada olan QR kodunuzu skan edərək oxuyur və bununla da sizin gedişiniz təsdiq edilir.


Manevr.az
bildirir ki, bu gün yayımlanan məlumata görə isə artıq İstanbulda da QR kodla ictimai nəqliyyat vasitələrindən istifadə mümkün olacaq. Bununla da istanbul sakinləri QR-kod skaneri olan smartfonları ilə avtobusa minəcək və "İstanbul kart"ı əvəz edəcək sistem ilə rahat ödəmə həyata keçirə biləcək. Yeni sistem "Yükləyin, quraşdırın, oxudun, keçin" şüarı ilə təqdim ediləcək.
Mütəxəssislər də hesab edir ki, bu sistem insanların vaxt və büdcəsinə qənaət etmiş olacaq. Əksər vaxt istifadəçilər plastik kartları daşımaqda unutqanlıq edə və yaxud kart balansını artırmağı yaddan çıxara bilir. Bütün bunlar isə insanların əhvalına mənfi təsir edir, həm də onların vaxtına qənaət etmir. Həmçinin belə tətbiqlər onların ictimai nəqliyyata ödədikləri vəsaitlərin təhlükəsizliyini qorumaq baxımından da faydalıdır.
Görəsən, ölkəmizdə də ictimai nəqliyyatda bu texnologiyadan istifadə mümkün ola bilərmi?

Bakı Nəqliyyat Agentliyinin Mətbuat (BNA) xidmətinin rəhbəri Mayis Ağayev bu sistemin Azərbaycanda da tətbiqi barədə açıqlama verib. Onun sözlərinə görə, son bir ayda BakıKarta inteqrasiya olunan avtobusların hamısında quraşdırılan kart oxuma aparatları bu sistemi dəstəkləyir.
BNA rəsmisi sistemin tətbiqinə gəlincə isə bildirib ki, bizdə də bu sistemə keçid istisna deyil. ted.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar