Xəbər lenti
Həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib - Rəzillik...
Bakıda uşağın qida borusunda qəpik qalıb.
Bu barədə jurnalist Səxavət Qurbanov öz facebook səhifəsində məlumat paylaşıb.
O qeyd edib ki, uşağı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparıblar.
S.Qurbanov vurğulayıb ki, xəstəxananın həkimi qəpiyi çıxarmaq üçün onlardan 450 manat məbləğində pul istəyib:
“Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı “Semaşko”ya apardıq. Həkim əməliyyatdadı, zəng etmişəm, deyir “450 azn ödəyəcəksizsə uşağı palataya yerləşdirib, ardınca da, iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq”. Deyirəm “həkim bu qida borusundadı, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar”. Qayıdıb deyəsən ki, “məsləhətləş, pulu düzəldə bilirsənsə çıxardaq”.
Məsələ ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq şikayətçi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar