Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Osmanlı padşahının 6 əsr yaşı olan məktubu tapıldı - Şəkil

Tarix: 05-02-2020 23:17     Baxış: 3261 A- / A+
Osmanlı padşahının 6 əsr yaşı olan məktubu tapıldı - Şəkil

Almaniyada Berlin dövlət kitabxanaları fondunda tədqiqat aparan türkiyəli tarixçilər maraqlı detal üzə çıxarıblar. Onlar Osmanlı padşahı 2-ci Muradın yaşı 600-ə çatan məktubunu tapıblar.

Manevr.az xəbər verir ki, məktub təxminən 1441-ci ildə yazılıb. Bu da 2-ci Murad dövrünə düşür. O, birinci dəfə 1444-cü ilə qədər 23 il hakimiyyətdə olub. İkinci hakimiyyəti isə 1446-1451-ci illəri əhatə edib.
Osmanlı padşahının 6 əsr yaşı olan məktubu tapıldı - Şəkil

2-ci Murad məktubu vəziri Fəzlullah paşaya ünvanlayıb. Padşah ona indiki Bolqarıstan ərazisinə düşən Batikon kəndini bağışlamasından söz açıb. Vəzir gördüyü vacib işə görə belə mükafatlandırılıb.

Tədqiqat layihəsinin rəhbəri Doğan Averbəyin dediyinə görə, Berlin kitabxanalarında 1300-ə qədər Osmanlı dövrünə aid əlyazmalar tədqiqini gözləyir. O, məktuba böyük əhəmiyyət verdiklərini söyləyib. Çünki 2-ci Murad dövrü ilə bağlı indiyə qədər çox sənəd əldə edə bilməyiblər.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar