Xəbər lenti
Məşhur parfumeriya mağazası CƏRİMƏLƏNDİ
Yaxın günlərdə ölkədə "Sabina” parfumeriya mağazalar şəbəkəsini satın alan "İDEAL Kompani” MMC (birləşmədən sonra adını dəyişib, hazırkı adı – "ADORE Kompani” MMC cərimələnmə ilə üz-üzə qalıb.
Manevr.az banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 19 dekabr 2019-cu ildə qərar çıxarılıb.
Məsələ ilə bağlı Şirkətin baş direktoru Samir Əliyev (eləcə də qanuni təmsilçisi) tərəfindən Bakı Apellyasiya Məhkəməsinə (BAM) müraciət edib, narazı qaldığı bildirilir. BAM-ın çıxardığı qərara əsasən qeyd edilən qərar ləğv edilərək, yenidən 1-ci instansiya məhkəməsinə göndərilib.
Parfümeriya şirkətinin cərimələnmə səbəbi isə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, açıq məkanda texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsidir.
Xatırladaq ki, bu inzibati xətaya görə cərimələnmə Dövlət Reklam Agentliyi tərəfindən protokol kimi tərtib edilir və məhkəməyə göndərilir.
Bu protokola görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar