Xəbər lenti
Azərbaycanda siqaretlərin qiymətləri bahalaşdı

Ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.
Manevr.az xəbər verir ki, bəzi siqaretlər mağazalarda fərqli qiymətlərə təklif edilir.
Məsələn, bəzi mağazalarda “Winchester” daha əvvəl 2.80 AZN-ə, bu gün isə 3.10 AZN-ə satılır. 2 AZN-ə təklif edilən “LD” siqaretləri isə 2,40 AZN-ə qalxıb.
Digər siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik arasında bahalaşma müşahidə edilir.
Mağaza sahiblərinin sözlərinə görə, gələn həftədən etibarən siqaretlərin qiymətləri kütləvi olaraq bahalaşacaq.
Onu da qeyd edək ki, bəzi mağazalarda siqaretlər köhnə qiymətlərlə satılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































