Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Araşdırmaçı jurnalist İvan Qolunovun həbsində əli olan polis işçiləri həbs edilib

Tarix: 31-01-2020 06:59     Baxış: 3199 A- / A+
Araşdırmaçı jurnalist İvan Qolunovun həbsində əli olan polis işçiləri həbs edilib

Rusiyanın İstintaq Komitəsi çərşənbə günü tanınmış araşdırmaçı jurnalistin mübahisəli narkotik maddə alveri ittihamı ilə bağlı həbsində əli olan beş keçmiş polis işçisini nəzarət altına alıb.

37 yaşlı İvan Qolunov 2019-cu ilin iyun ayında Moskvada narkotik maddə alverçisi ittihamı ilə həbs edilmişdi. O, ona qarşı irəli sürülən ittihamı rədd edərək, bu itthamın Moskvanın hüquq-mühafizə orqanlarında korrupsiyaya dair araşdırmalarına görə qisas almaq üçün irəli sürüldüyünü, evində və çantasında aşkar edilən narkotik maddələrin polis tərəfindən yerləşdirildiyini deyib.

Qolunovun həbsindən sonra Rusiyanın paytaxtında bir neçə gün davam edən etirazlar hökumətin ittihamları dəstəkləyəcək bir dəlil olmadığını etiraf etməsindən sonra başlamışdı. Qolunov və onun “Meduza” onlayn şəbəkəsindəki həmkarları həbsi təşkil edənləri məsuliyyətə cəlb edəcəklərinə söz vermişdi.

Çərşənbə günü həbsləri Qolunovun sərbəst buraxılmasından təxminən yeddi ay sonra həyata keçirilib. İstintaq Komitəsindən verilən məlumata görə, hazırda beş keçmiş zabit dindirilir.

Qolunov bu yaxınlarda polisin istintaqı ləngitdiyindən şikayət etmişdi. Noyabr ayında o, polisi “hərəkətsizliyə” görə məhkəməyə versə də, heç bir irəliləyiş əldə edə bilməmişdi.amerikaninsesi.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar