Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev naziri AMEA-ya çağırdı - Şəkil

Tarix: 30-01-2020 19:53     Baxış: 3168 A- / A+
 Ramiz Mehdiyev naziri AMEA-ya çağırdı - Şəkil

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimovla görüşü keçirilib.

Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bugünkü görüşün ölkədə həyata keçirilən aqrar siyasət, respublikada qida təhlükəsizliyinin təmin edilməsi məsələləri və bu sahədə aparılan elmi-tədqiqat işlərinə həsr olunduğunu bildirib. Akademik Ramiz Mehdiyev qeyd edib ki, Akademiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələrin daha da genişləndirilməsi AMEA-nın büdcədənkənar gəlir əldə etməsi üçün zəruri və mühüm məsələlərdən biridir.

Sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Ölkədə aqrar sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayan nazir bildirib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi respublikanın kənd təsərrüfatı sahəsində də zamanın çağırışlarına uyğun olaraq innovasiyaların, yüksək texnologiyaların tətbiqi istiqamətində geniş işlər aparılır. Aqrar sahənin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu qeyd edən İnam Kərimov ölkəmizdə pambıqçılıq, meyvəçilik, ipəkçilik, heyvandarlıq və digər sahələrin inkişafı, bu sahələrə dövlət dəstəyinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər, Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar haqqında danışıb.

Ölkədə kənd təsərrüfatı sektorunun yüksək rəqabətqabiliyyətliliyi və dayanıqlı inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldığını vurğulayan İnam Kərimov bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər bu kimi qurumların yaradıldlğını əlavə edib.

Nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin aqrar elmlər sahəsində əldə edilən nailiyyətlərin tətbiqi olduğunu qeyd edən nazir Aqrar Elm və İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında geniş məlumat verib. Aqrar sahədə AMEA ilə nazirliyin həyata keçirdiyi birgə layihələrə toxunan İnam Kərimov rəhbərlik etdiyi qurumla Akademiyanın müvafiq elmi müəssisələrinin mütəmadi olaraq əməkdaşlıq etdiyini, bu sahədə alimlərin köməyinə hər zaman ehtiyac duyulduğunu vurğulayıb. AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Niyyət sazişini xatırladan İnam Kərimov rəhbərlik etdiyi qurumun Akademiyanın Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Zoologiya və digər müvafiq institutları, regional elmi mərkəzləri və bölmələri ilə birgə müxtəlif layihələr həyata keçirildiyini, ölkəmizdə kənd təsərrüfatı sahəsinin elmə, biliyə, innovasiya və texnologiyalara əsaslanan inkişafın dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu xüsusi qeyd edib.

Daha sonra İnam Kərimov AMEA əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Fikir mübadiləsi zamanı aqrar islahatlar, ərzaq təhlükəsizliyi, nazirliyin tabeçiliyində olan elmi-tədqiqat institutları və Akademiyanın müvafiq elmi müəssisələri arasında mövcud olan əlaqələrinin genişləndirilməsi, təsərrüfatın məhsuldarlığının artırılması, torpaqların bərpası, gübrə istehsalı və istifadəsi sahəsinin dövlət tərəfindən tənzimlənməsi, heyvandarlığın inkişafı, yeni meyvə sortlarının yaradılması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə aqrar sahə üzrə layihə və proqramların həyata keçirilməsində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Tədbirin sonunda akademik Ramiz Mehdiyev səmərəli görüşdə iştirakına və alimləri maraqlandıran sualları cavablandırdığına görə AMEA əməkdaşları adından kənd təsərrüfatı naziri İnam Kərimova minnətdarlığını bildirib. AMEA-nın prezidenti rəsmi dövlət qurumlarının rəhbərləri ilə akademiya əməkdaşlarının belə formatda görüşlərinin bundan sonra da təşkil ediləcəyini nəzərə çatdırıb.

Manevr.az
 Ramiz Mehdiyev naziri AMEA-ya çağırdı - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar