Xəbər lenti
Aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq - RƏSMİ
"Yanvarın 1-dən şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb. Nəticələr qənaətbəxşdir".
Manevr.az xəbər verir ki, bunu "KIV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb:
"Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib. Əsas məqsədlərdən biri əhalinin səhiyyə xərcləri üzrə maliyyə yükünün azaldılmasıdır".
V.Qurbanov əlavə edib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq: "İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaşın tibbi xidmətə görə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə qədər uşaq təhkim olunacaq. Onun səlahiyyətləri çərçivəsində deyilsə, xəstə tibb müəssisəsinə yönləndirilir. Vətəndaş birbaşa stasionar xidmət üçün müraciət edə bilməz. Çünki bunun qərarını verən ixtisaslı həkim olur. Göndəriş əsasında vətəndaş tibb müəssisəsinə stasionar müalicəyə cəlb olunur".
V.Qurbanov bildirib ki, stasionar müalicə zamanı gündəlik qidalanma icbari tibbi sığorta haqqına daxildir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar