Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Abdullayev və anasının apelyasiya şikayəti təmin edilmədi

Tarix: 30-01-2020 10:00     Baxış: 4170 A- / A+
Hüseyn Abdullayev və anasının apelyasiya şikayəti təmin edilmədi


Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib və Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat" ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar