Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

AŞPA hesabat qəbul etdi: Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qalıb

Tarix: 30-01-2020 06:23     Baxış: 3172 A- / A+
AŞPA hesabat qəbul etdi: Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qalıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mətbuat azadlığı və Avropada jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş hesabat qəbul edib.

Hesabatda Avropa Şurasına üzv ölkələrdə jurnalistlərin öz peşə vəzifələrini həyata keçirdikləri zaman fiziki və verbal zorakılıq, polislər tərəfindən müdaxilə, akkreditələrinin əllərindən alınması kimi halların artdığı bildirilir.

Hesabata əsasən, Fransada 17 noyabr 2018-ci ildə "sarı jiletlilər"in etiraz aksiyaları başlayandan etibarən jurnalistlərə qarşı təhqir və təhdidlərin sayı artıb. Həmin tarixdən etibarən aksiyaları işıqlandıran 90 jurnalist polis zorakılığına məruz qalıb.

Almaniyada 2018-ci ildə 26 jurnalistə qarşı fərdi şəxslər tərəfindən zorakılıq olub. 7-8 iyul 2017-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən G-20 toplantısı zamanı ən azı 32 jurnalistin əlindən akkreditə hüquqları alınıb. 2018-ci ilin avqust ayında Almaniyanın ZDF kanalının jurnalist heyəti polislər tərəfindən saxlanılıb.

Niderlanda 24 oktyabr 2019-cu ildə NOS TV-nin jurnalisti suallara cavab verməkdən imtina etdiyi üçün həbs olunub.

Dövlət orqanları, polislər və mülki şəxslərin jurnalistlərə qarşı zorakılıq tətbiq etdikləri ölkələr arasında Malta, Avstriya, Bolqarıstan, İtaliya və digər ölkələr də var.

AŞPA üzv dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar