Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu - SUMQAYITDA/ŞƏKİLLƏR

Tarix: 29-01-2020 19:24     Baxış: 3444 A- / A+
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin III və son mərhələsi Sumqayıt Gənclər Evində icra olunmuşdur. Qeyd edək ki, layihənin ilk 2 mərhələsi Xızı və Siyəzən rayonunda keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə layihə rəhbəri Əli Miriyev çıxış edərək layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq olduğunu vurğulamışdır. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyasıdır.
Layihə kordinatoru Əliyar Rəfiyev çıxışında layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışmış, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu
“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar