Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR

Tarix: 29-01-2020 15:26     Baxış: 3291 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

Manevr.az xəbər verir ki, kitabxananın qeydiyyat bölməsindən ekskursiyaya başlayan tələbələr daha sonra ənənəvi və elektron kataloqla tanış olaraq burada kitab sifariş etməyi, sənədlərin elektron kataloqa daxil edilməsi prosesini izləyiblər. Sonra ziyarətçilər sərgi salonunda müxtəlif mövzularda nümayiş edilən kitablarla tanış olublar.

Daha sonra tələbələrə MEK-in tarixi, fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunması MEK-in əsas vəzifələrindəndir.

Ziyarət zamanı tələbələr, həmçinin MEK-in Diplomatik Fondunu, Nadir Kitab Fondunu, Dövri Mətbuat Fondunu, Oxu zallarını gəziblər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi tədqiqat işlərinin aparılmasına marağın artırılması, kitabxanalardan fəal istifadəni təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar