Xəbər lenti
Həkimin əli ilə doğulan körpəni erməni ailəyə satdılar - Azərbaycandakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Həkimin vasitəsi ilə erməni ailəsinə övladlığa verilən qadının həyat hekayəsi hər kəsi dəhşətə gətirib.
Manevr.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Larina doğma valideynlərini tapmaq istədiyini söyləyib.
O, bildirib ki, uşaqlığı İrəvanda keçib: "8 yaşım olanda həyətdə oynadığım uşaqlardan biri mənə dedi ki, sən erməni deyilsən, səni Azərbaycandan gətiriblər. O, valideynləri danışanda eşitmişdi ki, anam məni Azərbaycandan oğurlayıb gətirib. Mən bunu anamdan soruşanda yalan olduğunu dedi. Amma məktəbdəki uşaqların valideynləri mənim anamdan və atamdan cavan idilər. Bu da ürəyimə şübhə salırdı. 12 yaşım olanda İrəvandakı evimizi satıb, Dağlıq Qarabağa köçdük. İlk dəfə qohumlarım məni Ağdama aparıb oranın Azərbaycana aid olduğunu və bu torpaqları zəbt etdiklərini bildirdilər. Mənə "Sən də burada yaşayacaqsan" dedilər. Həmin an ermənilərə qarşı içimdə nifrət hissi yarandı. Yandırılmış, tərk edilmiş boş evin qarşısındakı uşaq arabasını görəndə sanki uşaqlığımın o evdə kediyini hiss etdim. Bu hadisə mənim psixologiyamda sağalmaz iz qoydu. Günlərlə yemək yemədim. İsrarla anamdan həqiqəti söyləməsini istədim. Hətta şərt qoydum ki, həqiqətli deməsə, evi tərk edəcəm. Ondan sonra anam dedi ki, sən azərbaycanlısan. Uzun müddət övladı olmayan anam əvvəlcədən Gəncədəki doğum evində çalışan həkimlə razılaşıb, məni övladlığa götürüb. Bu hadisə 1988-ci ildə baş verib. Doğma anama deyiblər ki, qızın ölüb. Məni isə bəxşiş qarşılığında erməni ailəsinə övladlığa veriblər. Həkimin köməkliyi ilə sənədlərim bir gün içərisində hazırlanıb. Həqiqətlə üzləşəndə dəhşətə gəldim. Anama öz valideynlərim barəsində heç bir məlumat verilməyib. Mən həqiqətləri biləndən sonra hər yerə məktub göndərdim. Anam məni inandırmağa çalışırdı ki, sən ermənisən. Amma mən bununla barışmırdım. Bütün millətlərə hörmətim olmasına baxmayaraq, mən burada özümü yad hesab edirəm. Orta məktəbi bitirəndən sonra universitetə daxil oldum. Dağlıq Qarabağda oxuyan şagirdlərə erməni dilində dərs keçdim. Erməni oğlanla ailə qurdum. Ermənistanda yaşaya bilmədiyim üçün xarici ölkəyə köçüb, çoxlu azərbaycanlı dostlar tapdım. Ən böyük arzum sizin verilişiniz vasitəsi ilə anamı tapıb "sənin qızın ölməyib, bu illər ərzində sən aldanılmısan" deməkdir. İnanıram ki, bu arzumu gerçəkləşdirəcəksiniz".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar