Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var

Tarix: 29-01-2020 10:51     Baxış: 3153 A- / A+
Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var

Azərbaycanda seysmik cəhətdən aktiv olan zonaların adları açıqlanıb.

Manevr.az xəbər verir ki,bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşir:

“Abşeron yarımadasında quruda zəlzələ ocağı yoxdur, amma Xəzər dənizi aktiv seysmik zonadır. Orada tez-tez maqnitudası üç və üçdən yuxarı olan zəlzələlər baş verir. Bu zaman ictimaiyyəti məlumatlandırırıq, amma maqnitudası üçdən aşağı, hiss olunmayan təkanlar da bizim stansiyalarımız tərəfindən qeydə alınır”.

V.Rafiqqızı qeyd edib ki, Azərbaycan seysmik bölgədə yerləşsə də, əhalini narahat, təşviş altında saxlamaq düzgün deyil:

“Ölkə ərazisində Şamaxı-İsmayıllı ərazisi, Xəzər dənizi, Zaqatala-Şəki, cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir. Seysmik aktiv zona o demək deyil ki, orada nə vaxtsa zəlzələ olacaq. Bu zonalarla bağlı birmənalı fikir söyləmək çətindir.

Heç kim zəlzələnin olub-olmayacağı, gücü, ərazisini deyə bilməz. Sadəcə, aktiv bölgədirsə, müəyyən vaxtlarda təkanlar ola bilir. Dünyanın çox ölkəsi seysmik zonalarda yerləşir. Bizim qonşu ölkələr İran, Türkiyədə seysmik aktivliklər var”.

Qeyd edək ki, bir neçə gündür Türkiyə ərazisində zəlzələlər baş verir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar