Xəbər lenti
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.
Manevr.az xəbər verir ki, bunu cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib.
O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:
"Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.
Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:
"Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim.
Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar - ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur.
Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu.
Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir.
Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.
Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar