Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ana yenicə dünyaya gətirdiyi övladını satdı

Tarix: 28-01-2020 06:40     Baxış: 3183 A- / A+
Ana yenicə dünyaya gətirdiyi övladını satdı

Rusiyanın Stavropol vilayətində ana yenicə dünyaya gətirdiyi övladını satıb.

Xəbərdə bildirilir ki, 36 yaşlı ana körpə uşağını sataraq əvəzində 440 min rubl (12 000 AZN) alıb.

“Qadın hələ ötən ilin sentyabr ayında, hamilə ikən uşağını satmağı qərara alıb. Hətta o bu barədə sosial şəbəkələrdə reklam da yerləşdirib. Bir qadın isə təklifə razı olub, amma əvvəlcə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib”, - deyə İstintaq Komitəsinin rəsmi saytında yayımlanan məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ötən ilin dekabr ayında qadın bir qız uşağı dünyaya gətirib və onu razılaşdırılmış qiymətə satıb.

Hazırda körpə müvəqqəti olaraq bir xəstəxanaya yerləşdirilib. Onun taleyi qəyyumluq orqanları tərəfindən həll ediləcək. Anaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1 maddəsi (“İnsan alveri”) ilə cinayət işi açılıb.

Hazırda istintaq dəlillər toplayır və şahidlərlə görüşərək araşdırmalar aparır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar