Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 40 nəfər dəm qazından zəhərlənib? - Rəsmi cavab

Tarix: 26-01-2020 14:26     Baxış: 4216 A- / A+
Bakıda 40 nəfər dəm qazından zəhərlənib? - Rəsmi cavab


"Bakıda bir gündə 40 nəfərin dəm qazından kütləvi zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi ilə bağlı bəzi saytlarda yayılan məlumat yalandır".

Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, müəyyən maraqlı şəxslər cəmiyyətdə ajiotaj yaratmaq üçün yalan məlumatlar yayır: "Bildirmək istəyirəm ki, dünən toksikologiya şöbəsinə Bakının ayrı-ayrı ərazilərindən fərdi qaydada ümumilikdə 14 nəfər dəm qazından zəhərlənmə ilə gətirilib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, ambulator yardımdan sonra hamısı evə buraxılıb. Dünən Bakıda heç bir kütləvi zəhərlənmə baş verməyib. Bəziləri yalan məlumatlar yaymaqla nəyəsə nail olmaq istəyirlər".

Xatırladaq ki, bəzi saytlarda dünən Bakıda dəm qazından kütləvi zəhərlənmə olması və nəticədə 40 nəfərin 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat yayılıb./Trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar