Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Əlilliyi olan şəxslər üçün - VERGİ GÜZƏŞTİ

Tarix: 24-01-2020 10:59     Baxış: 3182 A- / A+
Əlilliyi olan şəxslər üçün - VERGİ GÜZƏŞTİ


III qrup əlilliyi olan şəxslərə əməkhaqqı ödənişlərində hansısa güzəştlər varmı? Yeni tətbiq ediləcək icbari tibbi sığorta üzrə ödənişlər onlara da şamil ediləcək?

Manevr.az vergilər.az-a istinadən əlillərə vergi güzəştlərini təqdim edir.
Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinin tələbinə görə, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulub.

Əmək müqaviləsinə əsasən, işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqlarının ödənilməsinə gəlincə, qeyd olunub ki, burada əlilliyi olan şəxslər üçün hər hansı azadolma nəzərdə tutulmayıb. İcbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən aşağıdakı dərəcələrlə ödənilməlidir:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar