Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Kirayə mənzillər belə olacaq - VİDEO

Tarix: 23-01-2020 09:35     Baxış: 4223 A- / A+
Kirayə mənzillər belə olacaq - VİDEO


Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı idi. Ancaq sayta daxil olanların çoxluğu səbəbindən elektron müraciətləri qeydə almaq mümkün olmayıb.

İpoteka və Kredit Zəmanət Fondunun ötən gün elektron müraciətləri qəbul etməli olduğu elektron sistem çökdü və vətəndaşlar prosesi icra edə bilmədilər.

Məsələ ilə bağlı açıqlama yayan İpoteka və Kredit Zəmanət Fondu elektron müraciətin müvəqqəti dayandırıldığını və problemin həll olunması ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib:

“Aylıq ödəmələrin dəyəri yaşayış sahəsinin dəyərindən və kirayə müqaviləsinin müddətindən asılı olaraq dəyişir”.

Tikintini həyata keçirən şirkətin baş mühəndisi binaların tikintisinin və otaqların təmirinin beynəlxalq standartlara uyğun olduğunu bildirir.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərin ipoteka kreditlərindən bir sıra üstünlükləri olduğunu açıqlayıb. Fondun kirayə mənzil departamentinin direktoru Ramil Tahirov bildirir ki, ipoteka kreditlərində vətəndaşlar üçün şərtlər daha ağırdır.

Ramil Tahirovun sözlərinə görə, adi kirayə evlərdən üstünlüyü isə budur ki, bu mexanizmdə sonda mənzil vətəndaşın özünə qalır. Ancaq adi kirayədə xərclənən pullar heç nə ilə əvəzlənmir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar