Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov

Tarix: 22-01-2020 09:30     Baxış: 21 327 A- / A+
“Niyyətim bu seçkilərdə xalqın səsi olmaq, dinamik inkişafı sürətləndirmək, cəmiyyətin sosial problemlərinin həlli məsələlərini icra strukturları qarşısında qaldıraraq həllinə nail olmaqdır”

Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov


Sücəddinov Tacəddin Sücəddin oğlu - 22 noyabr 1980-ci ildə Cəlilabad rayonunun Abışabad kəndində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib. Bundan əlavə, ATƏT-in İnsan Hüquqları Departamentinin nəzdində vəkillik kursunu bitirib və vəkil kimi fəaliyyət göstərib. İngilis dili və kompüter bilgiləri üzrə kurslarda müəllim olaraq çalışıb. 2006-cı ildən təsisçisi olduğu özəl şirkətin direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

09 Fevral 2020-ci ilə keçiriləcək Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəddir.

-Seçkilərdə iştirakınızı zəruri edən amil nə oldu?


-Cənab Prezidentin son dövrlərdə atdığı addımlar və etdiyi çıxışlar, Milli Məclisin buraxılması, ölkədə islahatların sürətlənməsi və dövlət başçımızın siyasi iradəsi mənim də ictimai-siyasi proseslərdə daha fəal rol oynamaq istəyimi təşviq etdi. Beləliklə, Milli Məclisə keçirilən seçkilərə qatılmağa qərar verdim.

Hesab edirəm ki, Azərbaycanın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibdir və bu istiqamətdə mənim kimi dinamik beynəlxalq hüquq üzrə mütəxəsislərə ehtiyac daha çoxdur.

Eləcə də mənim yetişməyimdə xüsusi rol oynayan kəndimizin, el-obamızın öndə gələn insanlarının da tövsiyyələri ilə, insanların mənə olan inam və ümidlərindən ruhlanaraq seçkilərdə namizədliyimi öz təşəbbüsümlə irəli sürdüm.

İnanıram ki, seçicilərimizlə birlikdə uğura imza atacağıq.

-Namizəd olduğunuz dairədə ən iddialı namizədlərdən hesab edilirsiniz. Bunun əsasında nə dayanır?


-Burada mənim keçdiyim həyat yolunun müəyyən təsirləri var. Belə ki, hələ 1998-ci ildə mən ən yüksək balla ali məktəbə qəbul olunarkən artıq rayonumuzda, eləcə də bu dairənin kəndlərində camaatımız məni tanıyırdı və təvazökarlıqdan uzaq olsa da deyim ki, mənə qarşı ciddi maraq mövcud idi. Uzun illər keçməsinə baxmayaraq bütün bunlar və mənim sonrakı fəaliyyətim el-obamızın yaddaşında iz buraxa bilib. Camaatımız hesab edir ki, mən bu bilik və bacarığımı onların ictimai maraqlarının müdafiəsində istifadə edə biləcəm. Ona görə də namizəd kimi özümə böyük sosail dəstəyi hiss edirəm.

Bu, həm də ondan irəli gəlir ki, bildiyim qədərilə bu ərazidəki seçicilər bugünədək hələ heç bir millət vəkilinə “mənim vəkilim” deyə bilməyib. Mən isə el-obamın səsi olmağa, hər bir sakinin vəkili olmağa iddialıyam və insanlarımız da məni özlərindən biri görərək elə də qəbul edirlər. Mən hər bir insanımızın səsi olmağa, platformamda irəli sürdüyüm şərtlərin yerinə yetirilməsinə ciddi-cəhdlə çalışacağam.

-Namizəd olduğunuz dairəni necə tanıyırsınız? Ərazinin əsas problemləri nələrdir?


-Mən hesab edirəm ki, bizim ərazimizin əsas problemlərindən biri təhsillə, əsasən məktəblərlə bağlıdır. Təəssüflə qeyd edim ki, bu dairədə olan kəndlərin əksəriyyətində fəaliyyət göstərən məktəblər demək olar ki, yararsız vəziyyətdədirlər, təmirsizdilər. Bu da təbii olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Mən ilk növbədə bu problemin köklü həllini qaldırmağı nəzərdə tuturam. Kənd məktəblərinin digər problemlərindən biri də müəllim çatışmazlığıdır ki, bu məsələ də həllini tapmalıdır.

Digər problemlərdən biri kəndlərarası yollarımızın yarıtmaz vəziyyətdə olmasıdır. Kəndlərimizin inkişafı üşün bu amillərin həll edilməsi vacibdir.
Ən vacibi isə kəndlərimizdə gənclərin məşğuliyyəti və mədəni-kütləvi fəallığının təmin edilməsidir. Bunun üçün bir sıra ciddi layihələr həyata keçirilməsini planlaşdırırıq.

-Hansısa siyasi partiyanın üzvüsünüzmü?


-Xeyr, bitərəfəm. 2006-cı ildən də özəl sektorda fəaliyyət göstərirəm.

-Seçki prosesini necə qiymətləndirirsiniz? Bugünədək hansısa problemlə və ya maneə ilə qarşılaşmısınızmı?


-Etiraf edim ki, istər inzibati strukturlar tərəfindən, istərsə də digər tərəflərdən, indiyədək hər hansı maneə, süni əngəlllə qarşılaşmamışıq. Hələ imzatoplama kampaniyasından başlayaraq bütün işlərimiz normal şəkildə davam edir. Bəzi xırda elementləri nəzərə almasaq, namizədliyim problemsiz olaraq qeydiyyata alınıb və təşviqat işimiz yüksək səviyyədə davam edir.

-Belə bir sual vermək istəyirəm: seçici nəyə görə məhz sizi seçməlidir?


-Maraqlı sualdır. Deyərdim ki, mən bu torpağın və buradakı insanın bağrından çıxmışam. Yəni buradakı insanlardan heç bir fərqim yoxdur, onlardan biriyəm və onların istəklərini, problemlərini ən azı özləri qədər bilirəm və hiss edirəm.

Bu həm də mənim məqsədimlə bağlıdır. Mənim əsas niyyətim xalqın dərdlərini dilə gətirmək, ürəyindən keçənləri səsləndirmək və insanlarımız arasında dövlətçiliyə, dövlətə məhəbbət hissini gücləndirməkdir.

Məni ona görə seçməlidirlər ki, mən də onlar kimi zəhmətkeş bir ailədən çıxmışam və onlardan biriyəm. Halal qazancla böyüdülən biri olmuşam və bunu bütün cəlilabadlılar yaxşı bilirlər.

Mən şəxsi həyatımda da hər zaman ictimai mənafeni şəxsi mənafedən üstün tutmağa diqqət yetirirəm. Dövlət başçımız cənab İlham Əliyevin bir sözünü xatırlatmaq istərdim. Prezident vurğulayır ki, insan vəzifəyə, mövqeyə gəlir mənbəyi kimi baxmamalıdır, xalqa xidmət vasitəsi kimi qiymətləndirməlidir. Bu amil mənim üçün prioritetdir.

Sonda bir məsələni də vurğulayım : etiraf etməliyik ki, bu seçki prosesi əvvəlkilərdən xeyli fərqlənir. İnanıram ki, bu proseslər insanlarımızın siyasi mədəniyyətinin daha da yüksəlməsinə xidmət edəcək.

-Sizə qələbə arzulayırıq.


-Çox sağ olun. Mən də bütün namizdlərə uğurlar arzulayıram və bu seçkilərin xalqımız üçün xeyirlərə vəsilə olmasını diləyir

Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov
Niyyətim xalqın səsi olmaqdır – deputatlığa namizəd Tacəddin Sücəddinov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar