Xəbər lenti
Çində yeni növ virusdan ölənlərin sayı artıb
Çinin Hubey əyalətinin Uhan şəhərində yayılan virusun yeni növündən 4-cü insan ölüb.
Manevr.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Uhanın səhiyyə məsələləri üzrə şəhər komitəsinin xəbərində deyilir.
"Yanvarın 19-u gecə yarısı virusun yeni növünə 198 yoluxma hadisəsi qeydə alınıb, 25 nəfər artıq xəstəxanalardan buraxılıb, 4 nəfər ölüb”, - açıqlamada deyilir.
Bildirilir ki, ölən 89 yaşlı kişidir. Onda xəstəliyin əlamətləri yanvarın 13-də qeydə alınıb, xəstə 5 gün sonra nəfəsalmada yaranan problemlə əlaqədar xəstəxanaya çatdırılıb. Xəstə yanvarın 19-da yerli vaxtla saat 23:39-da həkimlərin səylərinə baxmayaraq ölüb.
Hazırda daha 169 nəfər müalicə edilir, onlardan 9-u kritik vəziyyətdədir, 35 xəstənin vəziyyəti ağırdır.
Dekabrın sonunda Çin hakimiyyəti Hubey əyalətinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın yayılması haqqında bildirib.
Yanvarın 20-ə olan məlumata görə, xəstəliyə ümumilikdə 218 yoluxma hadisəsi qeydə alınıb.Onlardan 198-i Uhanda, 5-i Pekində, 1-i Şanxayda, 14-ü Quandun əyalətindədir. Virus artıq Çinin hüdudlarından kənara yayılıb. Yoluxma hadisələri Cənubi Koreyada, Yaponiyada və Tailandda da qeydə alınıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar