Xəbər lenti
Ermənistanda fermerlər hakimiyyəti hədələdi: Ümummilli etiraz aksiyaları keçirəcəyik
Yerevanın mərkəzində toplaşan erməni maldar və ət tacirləri mal-qaranın kəsilməsinə dair yeni tələblərə etiraz olaraq ölkə daxilində genişmiqyaslı aksiya keçirmək niyyətindədir.
Bu barədə “Novosti Armeniya” xəbər yayıb.
Qeyd edilir ki, bu ilin yanvarın 15-də Ermənistanda mal-qaranın ancaq “kəsim məntəqələri”ndə kəsilməsi tələbi qüvvəyə minib.
Bildirilib ki, etirazçılar öz həmkəndlilərini yolları bağlamağa çağırırlar. Artıq Amasiya, Aşotsk və Armavirdə nəqliyyyatın hərəkəti məhdudlaşdırılıb.
Etirazçılar hakimiyyət nümayəndələri ilə görüş tələb edirlər.
“Tətillər yolu ilə hakimiyyətə gələn hökumət etirazı qulaqardına vurursa, vəziyyəti aydınlaşdırmaq üçün bizə heç bir məmur yaxın gəlmirsə, biz artıq bu gün ümumi tətil edəcəyik”, - deyə fermerlər bəyan ediblər. Onlar, həmçinin, ət tədarükünü dayandırmaqla hədələyirlər.
Bundan başqa, etirazçılar sabah səhər 8-dən etibarən paytaxta aparan bütün yolları bağlamağı planlaşdırdıqlarını söyləyiblər.
Artıq bir neçə gündür ki, ət ticarəti ilə məşğul olanlar və maldar-fermerlər Yerevanda etiraz aksiyaları keçirərək, mal-qaranın kəsilməsinin şərtlərinin dəyişdirilməsini tələb edirlər. Xüsusilə mövcud “kəsim məntəqələri”nin tələbatı ödəyəcək qədər yetərli olmaması, mal-qaranın kəsim yerinə gətirilməməsi və s. narazılıq doğurub./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar