Xəbər lenti
Nazirlikdən xəstəyə yumruq vuran həkimlə bağlı açıqlama
Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
Manevr.az xəbər verir ki, nazirliyin məlumatına görə, həmin xəstə üç ay öncə insult keçirib:
"Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əməliyyat zamanı xəstə başını sabit saxlamayıb. O da məcbur olub əməliyyat zamanı xəstənin çənəsindən tutub ki, prosesin gedişatı pozulmasın. Linza qoyan zaman xəstə başını tərpədəndə düz yerinə oturmur və bu, fəsadlar yarada bilər. Xəstə əməliyyatdan çıxanda hər kəsdən razılıq edərək gedib. Görünür, sonradan xəstəni kimsə öyrədib.
Həkim necə xəstəni vura bilər? Hələ söyüş söymək, ümumiyyətlə, inandırıcı deyil. Qeyd edək ki, Bu həkim 2005-ci ildən bu günə qədər üç minə yaxın əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir".
Qeyd edək ki, Emil Hüseynov 2005-ci ildən bu günə qədər üç minə yaxın əməliyyat keçirib. Mərkəzin ən yaxşı həkimlərindən biridir. Bir neçə gündür ki, sosial şəbəkələrdə onun Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində pasiyenti döyüb təhqir etməsi ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlar cəmiyyətdə birmənalı qarşılanmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar