Xəbər lenti
“Cırtdan”ın ailəsi qanuni qazanc yolu tapdı -ŞƏKİL
Müasir dövrün başlıca narkobaronu olan Xoakin “El-Çapo” (Cırtdan) Qusmanın ailəsi onun həbsi və 12 milyard dollarlıq əmlakının müsadirəsindən sonra yeni qazanc yolu tapıb.
eksikalı narkobaronun yaxınları “El Chapo 701” markası altında geyim və aksessuar xəttini buraxmaqla, onun adına qanuni biznes açıblar.
Markanın adındakı 701 rəqəmi Qusmanın 2009-cu ildə “Forbes” jurnalında ən zəngin insanların siyahısında tutduğu yeri göstərir.
Qeyd edək ki, El Çaponun ailəsi yanvarın 14-də öz məhsulları olan pivəni təqdim ediblər. İçkinin dəyəri üç dollara yaxındır.
Xatırladaq ki, 61 yaşlı “Cırtdan” 10 fərqli maddə üzrə, o cümlədən, narkotik vasitələrin (kokain və heroin) alveri, odlu silahlara qanunsuz yolla yiyələnmə, çirkli pulların yuyulmasında təqsirli bilinib. Ona iyulun 17-də məhkəmənin qərarı ilə ömürlük və 30 il əlavə həbs cəzası verilib. Narkobaron, həmçinin 12,6 mlrd dollara müvafiq cərimə də ödəməlidir.
Qusman 2015-ci ildə cəza çəkdiyi Meksika həbsxanasından qaçıb. Beş ay sonra, 2016-cı ilin yanvar ayında həbs olunub. 2017-ci ildə isə ABŞ-a ekstradisiya olunub.
Meksikalı narkobaron ABŞ-ın əsas narkotik vasitə təchizatçısı olmuş Sinaloa kartelinə rəhbərlik edib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar