Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakteriya və qumdan “canlı” beton hazırlandı

Tarix: 18-01-2020 05:40     Baxış: 3178 A- / A+
Bakteriya və qumdan “canlı” beton hazırlandı

Amerikalı alimlər xüsusi bakteriyalarla birgə qum və xüsusi hidrogeldən ibarət matrisdə "canlı" beton hazırlayıblar.

Manevr.az “ictnews”a istinadən xəbər verir ki, biotərkibə malik beton yaranmış çatları özü aradan qaldırır.

Alimlər “Synechococcus sp.” siyanobakteriyalarını mikroorqanizmlər üçün bir növ qida mühiti olan qum və xüsusi hidrogeldən ibarət karkasda yerləşdiriblər. Bunun sayəsində bakteriyalar çoxalaraq və minerallaşaraq “canlı” beton yaradıblar.

Hər dəfə temperatur yüksəlməsi və rütubətin artması zamanı material "canlanaraq" yenidən çoxalmağa başlayıb. Alimlər bu effekti nümayiş etdirmək üçün kərpici iki yerə bölüblər, bir qədər qum, hidrogel və qida maddələri əlavə ediblər, nəticədə siyanobakteriyalar iki tam kərpic yaradıblar.

Mütəxəssislər hesab edirlər ki, “canlı” beton artıq 5-10 il sonra geniş yayıla bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar