Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nərmin necə və kimlər tərəfindən oğurlanıb? - DETALLAR

Tarix: 17-01-2020 20:37     Baxış: 4182 A- / A+
Nərmin necə və kimlər tərəfindən oğurlanıb? - DETALLAR


Tovuz rayonunun Dondar Quşçu kəndində baş verən dəhşətli hadisənin səs-küyü hələ də davam edir. Yəqin ki, bundan sonra bir müddət də davam edəcək. Elə bu səbəbdəndir ki, 10 yaşlı Nərmin Quliyevin oğurlanması, sonra isə qətlə yetirilərək, yandırılması hadisəsi ətrafında çoxlu versiyalar səsləndirilib, deyilib və yazılıb. Güman ki, bundan sonra da deyiləcək və yazılacaq.

Manevr.az xəbər verir ki, jamaz.info bununla bağlı söhbət etdiyi təcrübəli kriminalistlər maraqlı versiyalar irəli sürürlər. Əvvəldən qeyd edək ki, qeyd olunan fikirlərin hamısı ehtimal və versiyadır. Məsələni yubatmadan əsas mətləbə keçək. Kriminalistlərin fikrilərini ümumiləşdirilmiş formada təqdim edirik:

Nərmin Quliyevanın oğurlanaraq, 47 gün gizlədilməsi, daha sonra isə öldürülməsi və ardından da yanıdırlması sıradan bir hadisə deyil. Burada psixoloji cəhətdən problemi olan birinin təkbaşına edə bilməsi də kifayət qədər mübahisəli və şübhəlidir. Ona görə ki, bəzi addımlar olduqca peşəkarcasına atılıb və daha çox izin itirilməsinə hesablanıb. Və belə bir iz itirməni heç də sıradan bir problemli şəxsin edə biləcəyi ağlabatan görünmür. Ancaq mümkünlüyü də istisna deyil.

Nərminin müəmmalı şəkildə heç də böyük olmayan kəndə günün günorta çağı oğurlamasını İlkin Süleymanovun həyata keçirə bilməsi üçün kifayət qədər hazırlıqlı olması lazımdır. Əgər hadisə gecə vaxtı baş versəydi, buna inanmaq olardı. Deməli, Nərmini oğurlayan şəxs və ya şəxslər kifayət qədər təcrübəli olublar və onlar xüsusi vasitələrdən istifadə etməklə prosesi həyata keçiriblər. Məsələn, uşağın burnuna bihuşedici maddə vurmaqla.

Böyük ehtimalla oğurlayan şəxs və ya şəxslər Nərmin haqqında bir müddət məlumat toplayıblar. Hətta uşağın izlənilməsi prosesini belə həyata keçiriblər. Bu izləmə, daha doğrusu, 10 yaşlı uşağın diqqət mərkəzinə düşməsi də səbəbsiz olmayıb.

Belə ki, bu işi həyata keçirən şəxs və ya şəxslər Nərminin özündə deyil, hansısa orqanında maraqlı olublar. Yəni, mərhum qızcığazın hansısa orqanı onlara lazım olub. Sual oluna bilər ki, niyə məhz Nərmin? Həmin kənddə onun kimi, onlarla uşaq var. Bu suala cavab vermək üçün Nərminin oğurlanmasından oncə bir sıra mətləblərə aydınlıq gətirilməsi lazımdır. Məsələn, Nərmin oğurlanmamışdan öncə oxuduğu məktəbdə və ya rayonda qan analizi veribmi? Və ya ondan qan nümunələrinin götürülməsinə dair hər hansı bir məlumat varmı? Ola bilər ki, vaksinasiya və ya hər hansı bir xəstəlik səbəbdən uşaqdan qan nümunələri götürülə bilərdilər. Həmin məlumatlar da orqan mafiyasının əlinə keçə bilər və bununla da lazım olan donoru tapdıqlarını güman edərdilər.

İkincisi, hətta bunlar olmasa belə, Nərminin nəşi tapıldıqdan sonra ekspertiza onun ölüm səbəbini araşdırarkən, mütləq bütün bədəni, hətta daxili orqanları nəzərədən keçirməlidir. Bu tibbi ekspertizanın ən vacib şərtidir. Hətta qanında hər hansı bir kənar maddəninin olub, olmadığı da dəqiqləşdirilməlidir. Çünki bu sıradan bir qətl hadisəsi deyil, kifayət qədər müəmmalı tərəfləri var.

Ekspertiza iddia edə bilər ki, bədənin əksər hissəsi yanmış formada olub və o səbəbdən də meyitin üzərində lazım olan bütün ekspertizanı aparmaq mümkün olmayıb. Bu mümkünsüzdür. Müasir tibbi ekspertizanın imkanları hətta yanmış bədəndə belə kənar müdaxilələrin olub, olmadığını müəyyən etməyə imkan verir. Ekspertlər bir qədər zəhmət tələb etsə də, damarların deşilməsini və ya bədənə hər hansı bir müdaxilənin olmasını dəqiqləşdirmək imkanına malidirlər. Ona görə də, bu süal açıq qalır: Ekspertiza Nərminin nəşində hər hansı bir kənar müdaxilənin, damarların deşilməsi və ya sümük iliyindən nümunə götürülməsi üçün vasitələrdən istifadə olunub, olunmamasını dəqiqləşdirə bilibmi? Və ya bunun üçün hər hansı bir ekspertiza aparıbmı?

Üçüncüsü, Nərminin öldürüldükdən sonra yandırılması və öldürülməmişdən əvvəl dırnaqlarının tutulması məsələsi də diqqətçəkəndir. İlkin Süleymanov bu qədər peşəkar biri ola bilərmi? İnandırıcı görünmür. Hətta dəfələrlə qətl törətmiş manyakların belə beyni bu səviyyədə işləmək gücündə deyil. O zaman sual meydana çıxır, İlkin Süleymanov nə qədər peşəkar qatildir ki, bütün bunları bilib, üstəlik, 47 gün qüsursuz şəkiləd cinayətini gizlətməyi bacarıb?

Nərminin dırnaqlarının tutulması o deməkdir ki, qatil və ya qatillər izin itirilməsinə çalışıb. Yəni, Nərmin onlara müqavimət göstərib və bu zaman cırmaq atıb. Həmin müqavimət zamanı qatillərdən birinin əlini və ya üzünü cırıb ki, bu da iz qalmasın deyə, qarşı tərəfi onun dırnaqlarını tutmağa vadar edib.

Yandırılmaya gəlincə, ilkin versiya bu ola bilər ki, Nərminin üzərində hansısa cərrahi əməliyyat və ya buna bənzər əməllər edilib. Ona görə də, izi itirmək üçün yandırılıb. Adətən yanıq zamanı belə müdaxilələrini izini müəyyən etmək, həm çox vaxt aparır, həm də diqqətdən kənarda qalır.

Dördüncüsü, Nərminin meyiti tapıldıqdan qasa zaman sonra dəfn edilməsi də maraqlı məqamdır. Halbuki belə səs-küylü hadisələrdə meytin müayinəsi bir xeyli vaxt aparırı və ya ekspertiza bir müddət təhqiqat aparmaqla, işin əslini üzə çıxarmağa çalışır.

Belə bir versiya da irəli sürmək olar ki, onu oğurlayan şəxslər hadisədən dərhal sonra Nərmini əməliyyat edib, onun hansısa orqanını götürüblər. Yaranın sağalması və yerinin itməsi üçün 47 gün kifayət qədər çox vaxtdır. Nəzərə alsaq ki, müasir tibbdə kəsiklə əməliyyat artıq tarixə çevrilməkdədir. Artıq heç bir yeri kəsmədən, birbaşa göbək yolu ilə istənilən əməliyyatı etmək mümkündür. Bunu Azərbaycanda bir çox həkimlər artıq təcrübədən keçiriblər və yararlanırlar.

O da mümkündür ki, qaçıranlar Nərminin yandırılmasını ona görə həyata keçiriblər ki, cəmiyyətdə bu hadisənin qisasçılıq və ya zorlama izlərini itirmək üçün rəy yaratsınlar.

Ortada digər suallar da var.

Uşağın oğurlanmasında kənd adamlarından kimlərinsə iştirak etməsi nə qədər mümkündür? Bu ehtimal həddindən artıq böyükdür. Çünki kənardan gəlmiş şəxslər heç vaxt belə bir risk edə bilməzdilər. Eyni zamanda, Nərmini qatillərin əlinə verən şəxs, böyük ehtimalla onu yaxşı tanıyan biri olub. Məsələn, ola bilər ki, həmin şəxs Nərminə deyib ki, "gəl otur maşına, səni aparım atanın yanına” və sairə.

Onun kənddən kənara çıxarılmadığı dəqiqidir, belə olan təqdirdə, uşaq 47 gün harada gizləndilib? Bu sual da çox maraqlıdır. Polis İlkin Süleymanovu həbs etməklə paralel olaraq, həmin evin axtarışını da həyata keçirməlidir. Mümkündür ki, kənddə təkcə Nərminin deyil, digər uşaqların da qanlarının nümunəsi götürülüb və bu məqsədlə həmin müəmmalı evdən istifad edilib.

Və nəhayət, Nərmin niyə öldürüldü? Şübhəsiz, Nərmin onu oğurlayanların, ən əsası, oğurlanmasına yardım etmiş tanıdığı şəxsin üzünü görüb. Bu isə onlar üçün ciddi problemdir və bu səbəbdən də sirr olaraq qalmalarını təmin etmək üçün uşağı öldürüblər. Qatillər isə şahidlərini heç vaxt sağ buraxmırlar. Ələlxüsus, şahid qatili tanıyırsa.

Bir daha qeyd edirik ki, bütün bunlar versiya və ehtimallardır. Hər halda istintaq bütün bu suallara aydınlıq gətirəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar