Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

Tarix: 17-01-2020 14:54     Baxış: 3170 A- / A+
Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir


Ölkə başçısı cənab İlham Əliyevin sosial sahədə apardığı islahatlar əhalinin sosial rifahının yüksəldilməsində, həssas qruplardan olan şəxslərə dövlət qayğısının artırılmasında önəmli addım olmuşdur.

Cənab Prezidentin 1 iyun 2019-cu il tarixli imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam ilə çətin həyat şəraitində yaşayan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün göstərilən sosial xidmətlərin sayı artırılmışdır. Belə ki,bu həssasqrupa daxil olan uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzlərinin sayı da 58-ə çatdırılmışdır. Yeni yaradılan mərkəzlərdən biri də Daşkəsən rayonundaolan Günərzi Qayğı Mərkəzidir.

Mərkəz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən yaradılmışdır. Günərzi Qayğı Mərkəzində8 nəfəri sağlamlıq imkanları məhdud uşaq olmaqla, ümumilikdə 30 nəfər 3-12 yaşlarında olan çətin həyat şəraitində yaşayan uşağa günərzi xidmətləri göstərilir. Burada onlar gündə 3 dəfə yeməklə təmin olunur. Bundan əlavə, onlara psixoloji dəstək göstərilir və həmçinin onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Təşkilat tərəfindən fəaliyyəti təşkil olunan digər bir Mərkəz isə Masallı rayonundadır. Burada da çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir, məktəbdə təhsil alan uşaqlara pedaqoqlar tərəfindən ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, onların ailələrinə hüquqi və sosial dəstək həyata keçirilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar