Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir AMEA işçilərinin maaşından danışdı

Tarix: 17-01-2020 12:31     Baxış: 3162 A- / A+
Nazir AMEA işçilərinin maaşından danışdı


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib.

Verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə bütün sahələrdə olduğu kimi əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini xüsusi qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyətini əhatə edən məruzə ilə çıxış edib. O bildirib ki, ötən il sosial sahə üçün islahatlar ili adlandırıla bilər, həmin islahatların ölkə əhalisinin 42%-nə, yəni 4,2 milyon insana şamil olunduğunu əlavə edib. Müvafiq sahə üzrə görülən işlərdən danışan nazir 2019-cu ildə minimum əmək haqları və pensiyaların artırıldığını diqqətə çatdırıb. Nazir alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB ölkələri sırasında ikinci yerə yüksəldiyini qeyd edib:

“Ötən il ərzində pensiya islahatları aparılıb, təqaüdlər orta hesabla 72%, o cümlədən yaşa görə verilən pensiyalar 15%, əlilliyə görə verilən təqaüdlər isə 22% artırılıb. Bundan əlavə, pensiya təyinatının avtomatlaşdırılması üzrə işlər davam etdirilib”.

Vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Sahil Babayev əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulduğunu, həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramlarının həyata keçirildiyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutan DOST layihəsindən danışan nazir gələcəkdə ölkə üzrə 31 DOST mərkəzi şəbəkəsinin yaradılacağını qeyd edib.

2019-cu ildə 64 min nəfərin işlə təmin olunduğunu vurğulayan S.Babayev ümumilikdə 10 min kiçik biznes müəssisəsinin yaradıldığını deyib və bu rəqəmi Azərbaycanın böyük uğuru adlandırıb.

Sosial tədbirlər sahəsində aparılan elektronlaşma haqqında geniş məlumat verən məruzəçi nazirlik üzrə 132 xidmətdən 50-sinin artıq elektronlaşdığını, qurumun elektron bazalarının Vergilər Nazirliyinin bazalarına inteqrasiya olunduğunu diqqətə çatdırıb. Həmçinin sosial portalın yaradıldığını bildirən nazir hər bir vətəndaşın öz şəxsi onlayn kabinetinə daxil olaraq bütün lazımi məlumatları əldə edə bildəcəyini əlavə edib.

Daha sonra S.Babayev AMEA əməkdaşları tərəfindən səsləndirilən suallara və təkliflərə aydınlıq gətirib. Fikir mübadiləsi zamanı əməkhaqları, təqaüd, elmi dərəcə və elmi adlara görə verilən əlavə ödənişlərin artırılması, zərərli iş şəraitinə görə ödənişlərin edilməsi, sosial sığortaların hesablanması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə sosial sahə üzrə sistemlərin avtomatlaşdırılması, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması, zərərli maddələr siyahısına əlavələrin edilməsi və hüquqi-normativ sənədlərdə aparılan təsnifatın təkmilləşdirilməsi işində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiya əməkdaşları adından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə minnətdarlığını ifadə edərək belə formatda görüşlərin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar