Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Biznesmen, bəstəkar və xokkeyçi - Rusiyanın yeni baş naziri

Tarix: 17-01-2020 06:13     Baxış: 3559 A- / A+
Biznesmen, bəstəkar və xokkeyçi

Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Duması Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

Səkkiz il hökumətə rəhbərlik etmiş Dmitri Medvedevi bu postda əvəzləyən Mişustinin kimliyi KİV və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Yeni Baş Nazirlə bağlı bəzi məlumatları təqdim edirik:

Mixail Vladimiroviç Mişustin 1966-cı ilin martında Mosvada dünyaya gəlib. Moskva Dövlət Texniki Universitetində kompüter dəstəkli dizayn sistemləri ixtisası üzrə ixtisas alıb.

Baş Nazir vəzifəsinə qədər, 2010-cu ildən Federal Vergi Xidmətinin(FTS) rəhbəri vəzifəsini icra edib.

2008-2010-cu illərdə biznesə qoşulub, xüsusilə də Rusiyanın ən böyük özəl kapital fondları olan UFG şirkətlər qrupuna rəhbərlik edib. Həyat yoldaşı fondun strukturlarından birində çalışıb.

2015-ci ildə Rusiyanın “Forbes” nəşri Mişustini “Güc və Pul. Dövlət qulluqçularının gəlir dərəcəsi 2015” reytinqinə daxil edib. O, siyahıda 54-cü yeri tutub. Ailəsinin ümumi gəliri 183,31 milyon rubl, məmurun gəliri 23 milyon rubl təşkil edib. O zamanlar Mişustin 6 daşınmaz əmlaka sahib olub. 2019-cu ildə o, “Forbes”in sözügedən reytinqinə daxil ola bilməyib.

Mişustinin xanımı Vladlena Mişustina “Forbes” jurnalına görə Rusiyadakı 10 ən varlı dövlət məmurunun xanımlarından biri olub. O, 2016-cı ildə 160 milyon rubl gəliri ilə 9-cu yeri tutub.

Bu məqamda bildirək ki, yeni hökumət başçısının xanımının indiyə qədər mətbuatda fotosu yayılmayıb.

Mişustin idmanla məşğuldur və aktiv şəkildə xokkey oynayır. Rusiya Xokkey Federasiyasının İdarə Heyətinin üzvüdür. O, həmçinin Rusiya Federal Vergi Xidmətinin “Sportima” adlanan həvəskar xokkey komandasına rəhbərlik edir.

“Vedomosti” nəşri qeyd edir ki, o, pianoda çalır, həmçinin bəstəkarlıq fəaliyyəti ilə də məşğuldur. Belə ki, məşhur rusiyalı müğənni Qriqor Lepsin “Зола” və “Настоящая женщина” mahnılarının müəllifidir.

Mişustinlə xanımının 19, 18 və 10 yaşlarında oğulları var. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar