Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

BirBank vasitəsilə NFC ödənişlər etmək mümkün oldu

Tarix: 16-01-2020 11:04     Baxış: 3164 A- / A+
BirBank vasitəsilə NFC ödənişlər etmək mümkün oldu


Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verildi. Artıq istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər.

Manevr.az xəbər verir ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bankın VISA kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər. Mobil tətbiq vasitəsilə təqdim olunan yeniliklər sırasında həmçinin virtual kart funksiyasını da qeyd etmək olar. Bu funksiya vasitəsilə istənilən BirBank istifadəçisi özünə kart yaradıb, müxtəlif ödənişlər həyata keçirə bilər.

Bütün bunlarla yanaşı BirBank tətbiqində bankomatdan QR kod vasitəsilə nağdılaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Həmçinin yeni xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.

Qeyd edək ki, BirBank tətbiqini 1 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar