Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb - ŞƏKİLLƏR

Tarix: 16-01-2020 05:41     Baxış: 4181 A- / A+
Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb

Yanvarın 15-i saat 18:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Mərkəzinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, ətrafında 300 kv.m əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 yanvar 2020-ci il tarixlərində 11 siqnal (əməliyyat çağırışı) əsasında 9 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Xızı, Qazax, Sabirabad, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq sahəsinə, çay sahilinə baxış keçirilmiş, 34 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina, 455 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 3 170 kv.m ərazi yerüstü və 286 kv.m ərazi yeraltı yoxlanılmışdır. musavat.com

Manevr.az

Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb
Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb
Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb
Gəncədə “Kukla” teatrının yaxınlığında 12 ədəd top mərmisi aşkarlanıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar