Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda qəribə hadisə: Şəhid kimi dəfn edilən şəxs özünün 40 mərasiminə gəlib - ŞƏKİL

Tarix: 14-01-2020 18:40     Baxış: 5512 A- / A+
İsmayıllıda qəribə hadisə: Şəhid kimi dəfn edilən şəxs özünün 40 mərasiminə gəlib - ŞƏKİL


İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.

Manevr.az xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.

Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər. Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.

Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib. O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub. Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib. Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.

O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış. Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.

Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub. Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.

Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb. Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə "Naməlum əsgər" yazılıb./xezerxeber

Manevr.az

İsmayıllıda qəribə hadisə: Şəhid kimi dəfn edilən şəxs özünün 40 mərasiminə gəlib - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar