Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı Brüs Li anasına qovuşdu - ŞƏKİL

Tarix: 14-01-2020 14:16     Baxış: 4240 A- / A+
Azərbaycanlı Brüs Li anasına qovuşdu - ŞƏKİL


Rusiyanın Krasnoyarsk vilayətinin Açinski şəhər sakini 30 il ayrılıqdan sonra Brüs Li ilə görüşüb.

Olqa Derbedenevanın 30 il görmədiyi oğlu Rusiyanın “Birinci kanal”ının efirində qarşısına çıxıb.

Veriliş “YouTube”da yayılıb.

1987-ci ildə Olqa Derbedeneva onlara qonşu kənddə yaşayan azərbaycanlı Ələddin Kərimovla tanış olub. Birlikdə yaşamağa başlayan cütlüyün Brüs Li adlandırdıqları oğlu dünyaya gəlib.

Qadın qanunsuz spirtli içki satışı ilə dolanıb, əri tez-tez gəlməyə başlayıb. Qayıdandan sonra həm O.Derbedenevanı, həm də onun anasını döyüb. Bir müddət sonra Kərimov oğlunun doğum şəhadətnaməsini də aparıb. Onların rəsmi nikahının olmamaları vəziyyəti daha da gərginləşdirib.

Sonda Ələddin Kərimov oğlunu anasından ayıraraq, Azərbaycana aparıb. Onun adı Bəxtiyar olaraq dəyişdirilib və anasının qatarın altına qalaraq öldüyü barədə məlumat verilib.

Azərbaycana gəlməyə cəsarət etməyən O.Derbedeneva yenidən ailə qurub. Hazırda o, ərindən boşanıb və ikinci nikahdan olan oğlu ilə yaşayır.

Azərbaycanda yaşayan Bəxtiyar isə avtomobil xidmətində işləyir, arvadı və uşaqları var. Onu doqquz il əvvəl vəfat edən nənəsi böyüdüb. Ana və oğul ayrılıqdan düz 30 il sonra efirdə görüşə biliblər./oxu.az

Manevr.az


Azərbaycanlı Brüs Li anasına qovuşdu - ŞƏKİL
Azərbaycanlı Brüs Li anasına qovuşdu - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar