Xəbər lenti
Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

Yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq-müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.
Bu barədə yazar Zümrüd Yağmur məlumat verib. Onun sözlərinə görə, əməliyyatdan sonra Oqtay Gülalıyevin temperaturu yüksəlib:
"Amma bütövlükdə ümidverici bir şey yoxdur. Temperaturu yenə yüksəlib. Temperaturu salmaq bəlkə də problem olmayacaq. Problem sonrakı həyatıdır”.
Qeyd edək ki, Oqtay Gülalıyev yanvarın 10-da əməliyyat olunub. Əməliyyat zamanı onun başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub.
Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı "Amerika Xəstəxanası”na köçürülüb.
O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb./qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































