Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Övladlarımı alıb ölkəni tərk edim?” - Şəhid xanımından sensasion müraciət

Tarix: 14-01-2020 12:07     Baxış: 4464 A- / A+
“Övladlarımı alıb ölkəni tərk edim?” - Şəhid xanımından sensasion müraciət

Şəhid Təbriz Musazadənin xanımı Pərişan Əsədzadə İnsan Hüquqları Üzrə Müvəkkilə (Ombudsman), Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinə və Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Manevr.az xəbər verir ki, şəhidin xanımı ona və ailəsinə olan təzyiqləri diqqətə çatdırıb.

“Günlərdir övladlarımla əziyyət çəkirik və bu ilk deyil. 4 il öncə də eyni hadisələr yaşandı, susduq. Amma yetər artıq. Mən daha bir 4 il sonra da bu cür məhv olmağımızı istəmirəm. Övladlarımı düşünən olmadı. Şərəf və ləyaqətli oldu hər kəs. Hər gün çirkab yazılarınızı oxudu, övladlarım. Çox heyif ki, buna səbəb balalarımın öz əzizləri oldu. Bir böhtanla başladı və hər kəs ucunu tutub getdi. İki övladı, qadını düşünən olmadı.

Övladlarım sizin içinizdəki kinin altında əziləcək deyə düşünmədiniz. İndiyə qədər heç kimdən nəsə tələb, xahiş etmədim. KİV nümayəndələri yıxdı, sürüdü. Saxta profil açıb haqqımda şaiyələr yazdınız. Videoda demədiyim sözləri rəylərdə yazdınız. Nə tez unutdunuz kimin ailəsi olduğumuzu?”, - deyə Pərişan Əsədzadə müraciətində qeyd edib.

Şəhidin xanımı övladı ilə Ombudsman və Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsində qəbula düşmək istəsə də, nəticəsi olmayıb: “Övladımla bağlı Ombudsmana müraciət etdim. Qarşılığında isə Səbinə xanıma deyilmədən "Siz ərizə yazın sonra baxacağıq" cavabını aldım. Bəlkə də qəbul edəcəkdi, amma deyilmədi. Daha sonra Ailə Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Dedilər ki, iki həftə zamanımız yoxdur, üçüncü həftə gəl. O qapıdan geri qaytardığınız insanlar üç gün sonra bu dünyada olmaya bilər. Son qoyun bu haqqsızlığa! Nə edim mən? Övladlarımı alıb bu ölkəni tərk edim? Ən azından bilərəm öz ölkəmdə deyiləm, haqsızlıqla üzləşirəm. Niyə Mehriban xanıma səsimizi çatdırmırlar?”

Pərişan Əsədzadə onu ittiham edənlərə xitabən davam edib: “Ağzınıza gələni yazmayın, o övladlar Təbrizindir. İnsanları intihara sürükləməyin! Və son bir həftədə başıma gələn bütün haqsızlığa qarşı dəstək istəyirəm . Mən bu vətən üçün az da olsa bir şeylər etdim. Niyə susdunuz? Mən şəhid analarına yardım etdim, şəhid övladına yardım etdim, kimsəsizlərə ana oldum, küçədəki uşaqları evimə aldım, saxladım. Şiddətə məruz qalmış qadınlara yardım etdim. Şəhid, qazi balalarına təmənnasız təhsil verdim. Əsgərlər üçün səngərlərə getdim. Şəhid xanımlarını işlə təmin edilməsinə yardım etdim. Azmı, iş görmüşəm mən? Azmı, bu vətən, bu torpaq üçün çalışıram? Sizlər nə etdiniz? Mən haqqım olanı istəyirəm. Bu vətən üçün iki oğul, iki əsgər yetişdirirəm. Hansı ki, bu gün qapıdan qaytardılar. Şərəf və ləyaqətimə olunan haqsızlığa dəstək istəyirəm. Qadın kimi, ana kimi. Mən Pərişanlara dəstək istəyirəm”.

Şəhidin xanımı namizəd olduğu 26 saylı Xətai dördüncü seçki dairəsində üzləşdiyi qanunsuzluqları da diqqətə çatdırıb və seçkiyə qatılıdğı üçün ona qarşı kampaniya aparıldığına eyham edib: “36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyimi irəli sürdüm. İmza vərəqlərini götürdüm və imza toplamağa başladıq. 36 saylı dairənin hüdudlarını soruşduq ki, ərazi olaraq uşaqlar hansı küçələrdə imza toplayacağını dəqiqliklə bilsin. Dairədən sanki kiminsə evini göstərirmiş kimi "düş burdan, çıx Zığdan" dedilər. Halbuki tamam başqa küçələr də vardı siyahıda. Şəhid övladları, birliyin işçiləri və qazilər ilə. İki gündən sonra vərəqələrin nüsxə (kserekopiya) olduğunu anladıq. Dairəyə zəng vurdum və "eybi yoxdur narahat olmayın ona imza atdıra bilərsiniz" dedilər. Uzun bir mübahisədən iki gün sonra vərəqələri qaytarıb yeniləri ilə əvəz etdik və yenə imzaya başladıq amma çox gecikərək. Bu dəfə insanlar imza atarkən niyə möhür yoxdur? dedilər. Saxta sənəddir? Bu dəfə namizədliyini vermiş digər bir şəxsə göstərdik və dedi ki, möhür hər birinə vurulmalı idi. Bəli, orda üst vərəqə möhür vurub arasına 9 möhürsüz imza vərəqini qoyub vermişdilər mənə. Buna da bir neçə gün zaman getdi. Daha sonra möhürlü vərəqələri götürüb imzaya başladıq. Səhəri məlum olaylar baş qaldırdı. Çirkab hadisənin içində mənə zəng vurub dedilər ki, Pərişan xanım sizin adınız partiyanın adı ilə gedib MSK ya. Dairəyə getdim və sədrdən tələb etdim. Bitərəf, öz təşəbbüsümlə verdiyim halda niyə partiya adı ilə gedib? Düzəldəcəyini, yalnışlıq olduğunu dedi. Və dünən zəng vurub deyirlər ki,öz istəyinlə namizədliyini geri götürmüsən? Dedim yox. İndi sual ünvanlayıram:

Mən rəsmi şəkildə özüm imtina etmədiyim müddətcə niyə mənim adımdan bu cür qeyd aparılıb? Nə səbəbə mənə saxta imza vərəqələri verildi? Nə səbəbə mənə möhürsüz imza vərəqələri verildi? Nə səbəbə mənə qarşı bu cür kampaniya başlatdınız və burda kimlərdənsə istifadə etdiniz?”yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar