Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İranın Ukrayna təyyarəsini vurması ilə bağlı - Şok detal

Tarix: 13-01-2020 15:40     Baxış: 3156 A- / A+
İranın Ukrayna təyyarəsini vurması ilə bağlı - Şok detal


“Nyu York Tayms” qəzeti Ukraynanın sərnişin təyyarəsinin İranda qəzaya düşməsinin tam xronologiyasını dərc edib.

Manevr.az xəbər verir ki, xronologiyada təyyarənin Tehrandan İranın ABŞ-ın İraqdakı obyektlərini vurmasından 4 saat sonra (qeyd edək ki, buna qədər aradakı zaman fərqinin 2 saatdan bir az artıq olduğu bildirilmişdi – red.) havaya qalxdığı bildirilib.

ABŞ bazasına zərbənin endirilməsindən sonra İran hava hücumundan müdafiə sistemlərini tam döyüş hazırlığına gətirib. Həddən artıq yüklənməsi ucbatından təyyarənin havaya qalxmasında gecikmə müşahidə edilib, bununla belə, Ukraynaya məxsus sərnişin təyyarəsi ənənəvi kursundan yayınmayıb.

Hərəkətə keçməsindən sonrakı 3 dəqiqə ərzində təyyarə 2400 metr yüksəkliyə qalxıb və bu müddətdə radarlarda olub. Bir neçə dəqiqə sonra elektron sistemlər işləməyib, təyyarə isə siqnal verilişini dayandırıb. Daha bir neçə saniyə sonra təyyarəyə İran hava hücumundan müdafiə sisteminin raketi dəyib.

Təyyarə yanmağa başlayıb və bu zaman ölkənin məxfi hərbi bazalarından birindən buraxılan daha bir raket “Boinq”ə çırpılıb.

Ukrayna təyyarəsinin yerə dəyməsi bir neçə dəqiqə çəkib. Təyyarə yerə dəyən zaman daha bir partlayış baş verib. Hava gəmisinin qalıqları düşdüyü yerdən 500 metr diametrində dağılıb.

Ümumilikdə uçuş cəmi 7 dəqiqə davam edib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar