Xəbər lenti
Bunları etsəniz, xoşbəxt olarsınız – Qurandakı 6 şərt
Quran səadətə çatan insanların bəzi sifətlərini bəyan etmişdir ki, təvqa əhli üçün onu bilmək çox mühümdür.
Hər kim bu 6 sifətə malik olarsa, səadət əhlindən olar:
1. İbadət və xalis namaz. Quranın nəzərinə görə, o kəslər ki, həyatda olan zaman Allaha xaliscəsinə ibadət edə biliblərsə, onlar səadət əhlidirlər. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2).
2. Yersiz işlərdən çəkinmək. “Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 3).
İnsanın kamala çatmasına mane olan amillərdən biri də yersiz işlərlə məşğul olmaqdır. Bura yersiz və faydasız fikirlər də daxildir.
3. Zəkat vermək. “Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər”. (“Muminun” 4).
Hər kim dünya həyatında boynuna düşən Allah haqqını ödəyərsə, səadət əhlindən olar. (Beytutə)
4. İffətli olmaq. “Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar”. (“Muminun” 5).
5. Tövbə əhlindən olmaq. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).
6. İlahi təqvaya riayət etmək. “De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir». Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız”. (“Maidə” 100). /Deyerler.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar